XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

26 Sentyabr 2017 - 16:51

“Layihələrimiz Azərbaycana on milyardlarla gəlir gətirəcək” –Rövnəq Abdullayev

"Xaricdə həyata keçirdiyimiz layihələr ölkəmizin ümumi strateji inkişafına xidmət edir və bir neçə il bundan əvvəl götürülən investisiya portfelinin şaxələndirilməsi kursuna əsaslanır".

Bunu SOCAR prezidenti Rövnəq Abdullayev bildirib.

"Düzgün investisiya strategiyasının nəticəsidir ki, aktivlərimizin dəyəri, şirkətin dövriyyə kapitalı artır. 2007-ci ildən indiyədək SOCAR-ın aktivlərinin ümumi dəyəri 2 dəfədən çox artıb. Hazırda həyata keçirdiyimiz layihələrin başa çatdırılması Azərbaycana on milyardlarla sabit gəlir gətirəcək, ölkəmizin davamlı inkişafına, xalqımızın rifah halının daha da yaxşılaşmasına xidmət edəcək", – deyə o, vurğulayıb.

APA