XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

27 Dekabr 2015 - 07:20

Neft böhranı, məzənnə “çevrilişləri”: iqtisadiyyatda son bir il – Təhlil

Yola saldığımız il dünya iqtisadiyyatı üçün qeyri-müəyyənliklərin artması, zəif və kövrək iqtisadi artım, məzənnələrin qeyri-sabitliyi, əmtəə qiymətlərinin kəskin aşağı düşməsi, bir sıra inkişaf etməkdə olan ölkələrdə maliyyə və əmlak köpüklərinin yatması ilə yadda qaldı. Avropada qəbul edilən iqtisadi canlandırma paketləri, çindəki  “qara bazar ertəsi”, Amerikan Mərkəz Bankının faiz artımı qərarları və düşən neft qiymətləri ilin əsas tendensiyaları oldu.

Təbii olaraq, iş dünyası da vəziyyətdən zərər gördü. Qlobal neft şirkətləri yeni layihələri təxirə saldılar, yerli ofislərində ixtisarlara getdilər. Dünya fond birjalarında yaşanan böhran milyarderlərin sərvətlərinin azalmasına gətirib çıxardı. Təkcə avqust ayında Rusiyada 5, çində 21, ABŞ-da 9, Hindistanda isə 6 milyarder azaldı. ümumilikdə isə qlobal milyarder siyahısı 66 nəfər itirdi.

Neftin qiyməti son 11 ilin minimumuna gerilədi, milli valyutalar dollar qarşısında əridi…

 

Hazırki vəziyyət…

 

Başlayaq dünyadan. İlin 9 ayında qlobal iqtisadiyyat cəmi 3.1% artdı. Artım inkişaf etmiş ölkələrdə (İEö) 1.8%, inkişaf etməkdə olan ölkələrdə (İEOö) isə 4% təşkil etdi. ABŞ-da cari ilin I rübündə iqtisadi geriləmə müşahidə olunsa da, növbəti rüblərdə iqtisadi artım gözləniləndən yüksək oldu. Artımın əsas mənbəyi kimi üDM-nin 70%-ni təşkil edən istehlak xərclərinin atması göstərildi. “Avrozona” iqtisadiyyatında bərpa prosesi davam etdi. Xarici amillərin mənfi təsirinə baxmayaraq, daxili tələb, xüsusilə, istehlak tələbi iqtisadi fəallığı dəstəklədi. İstehlak xərclərinin artımı özünü pərakəndə satışlar və istehlakçı inamında göstərdi. Neftin qiymətinin aşağı olması, yumşaq monetar siyasət və ucuz məzənnə bərpa prosesini dəstəkləyən başlıca amillər olub. Dünyanın digər iqtisadi gücü Yaponiyada cari ilin I rübündə iqtisadi fəallıq yüksək olsa da, növbəti rüblərdə iqtisadi geriləmə baş verdi. Konkret ilin III rübündə xalis ixracın və sənaye istehsalının azalması, eləcə də, istehlak xərclərinin gözləniləndən zəif artımı texniki resessiya təhlükəsi yaratdı.

çində isə artım proqnozlara uyğun oldu. İnvestisiya fəallığı ötən illə müqayisədə azalsa da, istehlak tələbi yüksək olaraq qaldı. İdxalın ixracla müqayisədə daha çox azalması nəticəsində xalis ixrac iqtisadi artıma müsbət təsir göstərdi.

çin Milli Bankı iqtisadi fəallığı dəstəkləmək və iyul ayından etibarən maliyyə bazarlarında müşahidə olunmuş dəyişkənliyi azaltmaq üçün bir sıra qərarlar qəbul etdi. Hansı ki, bura faiz dərəcələri və məcburi ehtiyat normalarının azaldılması, milli valyutanın devalvasiyası, müdaxilə dəhlizinin genişləndirilməsi kimi addımlar daxildir.

2014-cü ildə üzləşdiyi sanksiyaların mənfi təsirlərini 2015-ci ildə yaşayan Rusiya iqtisadiyyatında istehlak və investisiya tələbinin aşağı düşməsi iqtisadi artımın gözləniləndən daha çox geriləməsinə səbəb oldu.

Beynəlxalq Valyuta Fondu (BVF) 2015-ci il üzrə iqtisadi artımın 3,4% geriləyəcəyinə dair SOS siqnalı verdi.

Başqa tərəfdən, rubl da dəyərdən düşdü. Neft gəlirlərinin azalması, valyuta bazarındakı qeyri-sabitlik ölkənin ehtiyatlarına təsir etdi. Təkcə ilin son ayında – dekabrda Rusiyanın qızıl və valyuta ehtiyatları bir həftədə 2,3 milyard dollar azaldı. Valyuta ehtiyatları 368,9 milyard dollara düşdü. Hansı ki, Rusiyanın ehtiyatları 2011-ci ilin sonunda 497,4 milyard dollar, 2012-ci ilin sonunda 537,1 milyard dollar, 2013-cü ilin sonunda 508,5 milyard dollar, 2014-ci ilin sonunda isə 388,5 milyard dollar səviyyəsində idi.

 

Proqnoz

 

Qlobal iqtisadiyyatla bağlı BVF-nin proqnozları da müsbət olmadı. Qlobal iqtisadi artım proqnozlarını 2015-ci il üçün 3.3%-dən 3.1%-ə və 2016-cı il üçün 3.8%-dən 3.6%-ə endirdi. çinin 2015 və 2016-cı illər üzrə iqtisadi artım proqnozlarını dəyişdirməyərək müvafiq olaraq 6.8%-də və 6.3%-də, “Avrozona” üçün də 2015-ci il üzrə artım gözləntisini dəyişdirməyərək 1.5%-də saxladı. 2016-cı il üzrə böyümə gözləntisini 0.1 bənd salaraq 1.6%-ə endirdi.

BVF dünya iqtisadiyyatına yönəlmiş risklərin düşən əmtəə qiymətləri və artan maliyyə dalğalanmaları ilə yüksəldiyini irəli sürdü.

 

İnflyasiya, işsizlik

 

Cari ilin sentyabr ayının sonuna illik inflyasiya ABŞ-da 0%, avrozonada -0.1%, Yaponiyada 0.2% (avqust ayının sonuna) təşkil edib. Əmtəə qiymətlərinin aşağı düşməsi və iqtisadi fəallığın zəifləməsi əksər inkişaf etməkdə olan ölkələrdə inflyasiya təzyiqlərini azaltdı. Bununla belə, milli valyutanın ucuzlaşması Rusiya, Türkiyə, Braziliya və Ukraynada inflyasiya templərini yüksəltdi. 2015-ci ilin ötən dövründə bəzi aparıcı ölkələrdə işsizliyin azalması dünya iqtisadiyyatında müsbət meylləri dəstəklədi. İlin əvvəli ilə müqayisədə III rübün sonuna avrozonada işsizlik 0.6% bəndi azalaraq 11%, ABŞ-da 1.1% bəndi azalaraq 5.1%, Yaponiyada 0.2% bəndi azalaraq 3.4% təşkil etdi.

 

Əmtəə qiymətləri

 

2015-ci ildə neft 11 illik minimuma endi. İlin ortasında 50-60 dollar/barrel olan “qara qızıl” 2015-ci ilin sonuna doğru 37 dollar/barrelə qədər düşdü. Neftin qiymətində azalmanın səbəbi kimi Neft İxrac Edən ölkələr Birliyi (OPEC) tərəfindən təklifin yuxarı olması, qlobal tələbin təklifə nisbətdə azalması, sanksiyaların aradan qaldırılması nəticəsində İranın bazara çıxma ehtimalı və çində baş verən iqtisadi azalma göstərildi.

Digər əmtəə qiymətlərinə gəlincə, onlar  də öz dəyərini qoruyub saxlaya bilmədi. İlin 9 ayında dünya əmtəə qiymətləri 21.4% azaldı. Metalın qiymətləri sentyabr ayında 1.2% artsa da, ilin əvvəlinə nəzərən 18.9% aşağı oldu. Alüminiumun qiyməti isə 17% düşdü.

 

Qara xəbər

 

ABŞ Federal Ehtiyatlar Sistemi (FES) bank faizlərini son yeddi ildə ilk dəfə qaldırdı. Bu qərar inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatlarına qara hərflərlə yazıldı. Qeyd edək ki, cari ilin dekabr ayının 16-dək ABŞ Mərkəzi Bankı faizləri 0-0,25 civa
rında saxlamışdı. Bu, ona görə edilmişdi ki, maliyyə böhranı zamanı ucuz kreditlər bizneslərin və adi insanların əlindən tutsun və iqtisadiyyat böhranın girdabından çıxa bilsin. Nəhayət, Amerikia ölkə iqtisadiyyatının dirçəldiyini nəzərə alıb faizləri 0,25-0,50 həddinə qaldırdı. ABŞ-ın qərarı dünyanın müxtəlif nöqtələrində insanların vəziyyətinə təsir etdi. Belə ki, dollar əksər valyutalara nisbətdə möhkəmləndi. Güclü dollar isə  iqtisadiyyatı idxaldan asılı və zəif olan dövlətlərin çöküşü olmaqla bərabər, böyük borcları, xüsusilə də dollarla borcları olan ölkələr üçün çox pis xəbərdir. Onlar borclar üzrə ödənişləri etmək məqsədilə dollar almaq üçün öz milli valyutalarından daha çox xərcləməli olacaqlar.

Bundan əlavə, dollar faizinin artması həm də o deməkdir ki, xarici investorlar pullarını inkişaf etməkdə olan iqtisadiyyatlara yox, elə Amerikaya yönəltməyə çalışacaqlar.

Eyni zamanda, dollar gücləndikcə, başqa ölkələrdəki istehlakçılar idxal olunmuş mallar üçün öz milli valyutaları ilə daha çox pul ödəməli olacaqlar. Bu, habelə daxili istehsal üçün xarici materiallardan istifadə edən şirkətlərə də aiddir.

ABŞ-ın faizləri artırması başqa ölkələrin iqtisadiyyatları üçün problemlər gətirsə də, müəyyən imkanlar da yaradır. Dolların bahalaşması o deməkdir ki, indi ABŞ-ın ixrac etdiyi mallar da bahalaşacaq və potensial alıcılar həmin malları milli valyutaları zəif olan ölkələrdən almağa can atacaqlar. Bundan ilk növbədə Avropa və Asiya ölkələri yararlanacaq. Beləliklə, çox sayda yeni şirkət üçün ABŞ firmaları ilə rəqabət aparmaq bir qədər asanlaşacaq.

 

Rusiya və Türkiyə

 

2014-cü ildə Avropa və ABŞ-la körpüləri yandıran Rusiya Türkiyə ilə də münasibətlərini kəsdi. Belə ki, Türkiyənin hava sərhəddini pozdu, cavabında təyyarəsi vuruldu. Bununla başlayan siyasi gərginlik iqtisadi sferada da davam etdi. Rusiya prezidenti Vladimir Putin Türkiyəyə qarşı iqtisadi, Türkiyə vətəndaşlarına qarşı viza sanksiyalarının tətbiq edilməsi haqqında fərman imzaladı. Türkiyədən bir sıra  malların Rusiyaya idxalatı qadağan edildi. Fərman, o cümlədən, Türkiyə ilə birtərəfli şəkildə vizasız rejim haqqında sazişin müvəqqəti etibarsız elan edilməsinə dair daha əvvəl xatırlanan qərarı ehtiva etdi.

Turizm operatorlarına isə Türkiyəyə turpaketlərin satışına son qoymaq göstərişi verildi.

öz növbəsində, Türkiyə də cavab addımları atdı.

Gərginliyin hər iki ölkənin gəlirlərinə mənfi təsir göstərəcəyi irəli sürülür. Konkret olaraq Rusiya ilə münasibətlərin gərginləşməsi ən pis ssenaridə Türkiyənin 9 milyard dollar itirməsinə gətirib çıxaracağı deyilir.

 

Azərbaycan

 

Rəsmi statistika dünyadakı böhranın bir sıra parametrlər üzrə bizdən yan keçdiyini deməyə əsas verir. Yanvar-noyabr aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fiziki şəxslər tərəfindən 50,1 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövründəkindən 3,1 faiz çox ümumi daxili məhsul istehsal edilib. Əlavə dəyərin 33,7 faizi sənayedə, 13,7 faizi tikintidə, 9,9 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 5,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 2,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,0 faizi informasiya və rabitə, 18,7 faizi isə digər sahələrdə istehsal edilib. Məhsula və idxala xalis vergilər üDM-nin 7,9 faizini təşkil edib. ümumi Daxili Məhsulun əhalinin hər nəfərinə düşən həcmi 1,9 faiz artaraq 5255,5 manata bərabər olub.

11 ayda əsas kapitala 14438,8 milyon manat məbləğində vəsait yönəldilib. İstifadə olunan vəsaitin 8835,3 milyon manatı və ya 61,2 faizi məhsul istehsalı obyektlərinin, 4689,5 milyon manatı (32,5 faizi) xidmət sahələri üzrə obyektlərin, 914,0 milyon manatı (6,3 faizi) isə ümumi sahəsi 1634,1 min kvadratmetr olan yaşayış evlərinin tikintisinə sərf edilib. Əsas kapitala yönəldilmiş vəsaitlərin 8210,8 milyon manatı və ya 56,9 faizi daxili vəsaitlər olub.

Yanvar-oktyabr aylarında ölkənin xarici ticarət dövriyyəsinin həcmi 17205,9 milyon ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsinin 9765,0 milyon dollarını və ya 56,8 faizini ölkədən ixrac olunan məhsullar, 7440,9 milyon dollarını (43,2 faizini) isə idxal məhsulları təşkil edib. İxracın idxalı üstələməsi nəticəsində 2324,1 milyon dollar məbləğində müsbət saldo yaranıb. 2014-cü ilin eyni dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsinin həcmi 4,3 faiz, o cümlədən, ixrac 6,0 faiz azalıb. İdxal isə 0,3 faiz artıb.

Ticarət dövriyyəsinin 11,9 faizi MDB üzvü ölkələrinin, 46,8 faizi Avropa İttifaqı ölkələrinin, 41,3 faizi isə digər ölkələrin payına düşüb.

İlin əvvəlindən istehlak məhsullarının və xidmətlərin qiymətləri 3,7 faiz bahalaşıb.

Orta aylıq nominal əmək haqqı 2014-cü ilin eyni dövrü ilə müqayisədə 4,6 faiz artaraq 462,0 manat təşkil edib. Əhalinin gəlirləri nominal ifadədə 5,7 faiz artaraq 36,8 milyard manata çatıb. Gəlirlərin 75,7 faizi son istehlaka, 9,5 faizi vergilərin, sığorta və üzvlük haqlarının ödənilməsinə, 11,8 faizi əmanətlərin və kapitalın artırılmasına, 3,0 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib. Yanvar-oktyabr aylarında dövlət büdcəsinə 13874,1 milyon manat vəsait daxil olub, büdcədən 13925,3 milyon manat vəsait xərclənib. Büdcənin icrasında 51,2 milyon manatlıq kəsir yaranıb. Bu da ümumi daxili məhsulun 0,1 faizi səviyyəsində olub.

Maliyyə sisteminə gəlincə, bank sektorunun kredit portfeli milli valyuta ekvivalentində 18,6 milyard manat təşkil edib. Onun 14,2 milyard manatı uzunmüddətli kreditlər olub.

Kreditlərin həcmi 2014-cü il noyabr ayının 1-i ilə müqayisədə 4,1 faiz artıb. ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 7,0 faizini təşkil edib. Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz artaraq 2015-ci il noyabr ayının 1-nə 7,2 milyard manat olub.

 

Milli valyuta

 

Mərkəzi Bank fevralın 16-da məzənnə siyasətində ikitərəfli məzənnənin hədəflənməsindən valyuta səbəti dəyərinin hədəflənməsinə keçid barədə qərar qəbul etdi.

ölkənin valyuta bazarına və manatın məzənnəsinə ciddi təzyiqlərin yaranmasını nəzərə alaraq bur qərardan 5 gün sonra manatın devalvasiyası həyata keçirildi. İqtisadiyyat, valyuta bazarı və manatın məzənnəs
i neftin 50-55 dollar qiymətinə adaptasiya olundu. Lakin cari ilin iyul ayının sonlarından etibarən neftin qiymətinin sürətlə aşağı düşməsi valyuta bazarına və məzənnəyə təzyiqi yenidən əhəmiyyətli dərəcədə artırdı.

Eyni zamanda, tərəfdaş ölkələrdə davam edən devalvasiyalar milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinə mənfi təsir etməyə başladı. Uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsini nəzərə alaraq tədiyyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması məqsədilə Mərkəzi Bankın İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul etdi. Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaq. Mərkəzi Bankın valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcək.

Məndən buillik bu qədər…

 

Leyla Əliyeva

Pubilka.az