XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 September 2017 - 10:11

AİB-in Azərbaycanla bağlı 2018-ci il proqnozu- İqtisadiyyatda artım olacaq

Asiya İnkişaf Bankı 2018-ci ildə Azərbaycan iqtisadiyyatında 1 faiz artım proqnozlaşdırır.

Trend-in məlumatına görə, bundan başqa Asiya İnkişaf Bankının "Asian Development Outlook 2017: Sustaining Development Through Public-Private Partnership" hesabatında qeyd olunur ki, 2016-cı ildə Azərbaycan iqtisadiyyatında 3,8 faiz azalma olub.

Asiya İnkişaf Bankının proqnozları belədir ki, 2017-ci ildə resessiya davam edəcək, lakin onun tempi zəifləyəcək. Və bankın proqnozlarına görə, 2017-ci ildə Azərbaycan iqtisadiyyatında 1,3 faiz azalma olacaq.

Öz növbəsində Azərbaycan hökuməti 2017-ci ildə ölkə iqtisadiyyatında 1 faiz, 2018-ci ildə isə 1,5 faiz artım gözləyir.

Bank Azərbaycanı da aid etdiyi Mərkəzi Asiyada isə ümumilikdə iqtisadiyyatda artımı 2017-ci ildə 3,3 faiz, 2018-ci ildə isə 3,9 faiz səviyyəsində qeyd edir.