XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 September 2017 - 17:57

Neft Fondunun 2017-ci il büdcəsində dəyişiklik –Təsdiq üçün Prezidentə göndəriləcək

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2017-ci il büdcəsində dəyişikliklər edilib.

Dövlət Neft Fondunun ictimaiyyətlə əlaqələr departamentindən Azərtac-a bildirilib ki, bu barədə qərar ARDNF-in Müşahidə Şurasının sentyabrın 27-də keçirilən növbəti iclasında qəbul edilib. Azərbaycan Respublikasının Baş Naziri, ARDNF-in Müşahidə Şurasının Sədri Artur Rasi-zadənin sədrliyi ilə keçirilən iclasda Neft Fondunun 2017-ci il büdcəsində dəyişikliklərin edilməsi məsələsinə baxılıb.

Müşahidə Şurası təqdim olunmuş ARDNF-in 2017-ci il büdcəsinə dəyişiklikləri məqbul hesab edib və həmin dəyişikliklərin təsdiq olunmaq üçün Azərbaycan Respublikası Prezidentinə təqdim olunması barədə qərar qəbul edib.