Təklifin gerçəkləşməsi üzv ölkələr arasında gömrük buraxılış məntəqələrinin olmasını tələb edir
Rusiya Maliyyə Nazirliyi və Federal vergi xidməti 2015-ci ilin noyabrına qədər Avrasiya İqtisadi Birliyi (AİB) ölkələri üçün əlavə dəyər vergisini ləğv edəcək.
Strateq.az “Qazeta.ru”-ya isnadən bildirir ki, hökumətin rəsmi saytında bu barədə dərc edilmiş məlumatda bu təklifin şərtlərinin təsdiqləndiyi qeyd olunub, lakin onun gerçəkləşməsi üzv ölkələr arasında gömrük buraxılış məntəqlərinin olmaması üzündən çətinliklərə məruz qalır.
Nəzərdə tutulur ki, idxala qanunvericilik dəstəyi iyulda həyata keçiriləcək.