XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

28 Dekabr 2015 - 04:30

Gələn ilin ən riskli pul vahidləri – Manatın taleyini yaşayanlar

pullar-1.jpg

Neft qiymətlərinin aşağı düşməsi ilə əlaqədar olaraq 2015-ci ildə Azərbaycan iki dəfə devalvasiyaya getdi və ölkənin pul vahidi manat haradasa yarı-yarıya dəyərdən düşüb.

Avqust ayında Qazaxıstan rəhbərliyi də pul vahidi tenge üçün eyni səbəbdən oxşar qərarı verib.

Neft qiymətlərində 2014-cü ilin iyun ayından bu yana görülən 60%-lik geriləmə 2016-cı ildə bir çox valyutanın təzyiq altında olacağını və sabit məzənnə rejimini tərk edərək “üzən məzənnə” rejiminə keçmə ehtimalının yüksək olduğunu göstərir.

Neft qiymətlərinin aşağı qalması vəziyyətində təzyiq görəcək pul vahidləri belə sıralanıb.

Səudiyyə Ərəbistanı Rialı

“Wall Street Journal” qəzeti daha əvvəl yaydığı bir xəbərində, bəzi hedc fondlarının Rialın sabit məzənnə rejimini tərk ediləcəyi üzərində mövqe aldıqlarını yazmışdı. Səudiyyə Ərəbistanı dünyanın ən böyük neft ixrac edən ölkəsi və OPEC-in hərəkətverici gücüdür. Neft sektoru ölkənin büdcəsinin 80%-ni yaradır.

Küveyt Dinarı

Küveyt, dünyanın ən böyük yeddinci neft ixracatçısıdır. Bu ölkənin iqtisadiyyatı da neft ticarətindən əhəmiyyətli səviyyədə asılılıdır. Bu vəziyyət Dinarın da 2016-da təzyiq görəcək pul vahidlərindən biri olduğuna işarə edir.

Birləşmiş Ərəb Əmirlikləri Dirhəmi

Birləşmiş Ərəb Əmirlikləri, iqtisadiyyatını şaxələndirməyə daha çox çalışsa da, bu ölkənin iqtisadiyyatı üçün də neftin ixracının əhəmiyyətli payı var.

Qətər Rialı

Digər Ərəb ölkələrinin əksinə, Qətər iqtisadiyyatının yarısı tikinti, istehsal və maliyyə xidmətlər kimi qeyri-neft sektorlardan ibarətdir. Amma yenə də ölkənin iqtisadiyyatı neft qiymətlərinin geriləməsinə qarşı olduqca kövrək bir quruluşa malikdir.

Anqola Kvanzası

Düşən neft qiymətləri ilə əlaqədar olaraq Anqola pul vahidini keçən il iki dəfə devalvasiya edib. ölkə, dünyada səkkizinci böyük neft ixracatçısıdır. Buna görə də neft qiymətlərinin daha da geriləməsi ölkənin valyutasını daha da təzyiq altına alacaq.

Venesuela Bolivarı

Venesuelada siyasi rəhbərliyin dəyişməsi, ölkədəki Sosialist Partiyanın hakimiyyətini və bununla yanaşı, valyuta rejimini qaldırma ehtimalını gündəmə gətirib. ölkənin pul vahidi düşən neft qiymətlərindən də təzyiq görəcək.

Əlcəzair Dinarı

ölkənin pul vahidi bu il bir neçə dəfə devalvasiya edilib. Düşən neft qiymətləri bu meylin davam etməsinə yol aça bilər.

Honq-Konq Dolları

Əmtəə ixracatçısı bir ölkə olduğu üçün Honq Konq Dollarının da 2016-da təzyiq altında qalması ehtimalı gündəmdədir.

marja.az