XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 September 2017 - 11:23

Beynəlxaq Bank Moskvadakı torpaq sahəsini azərbaycanlı milyarderlərə satmaqdanimtina edib

Azərbaycanlı milyarderlər Qod Nisanov və Zarax İliyevə məxsus "Kiyev meydanı" şirkəti Azərbaycan Beynəlxalq Bankının Rusiyadakı törəməsi olan "ABB-Moskva" MMC-yə məxsus iri torpaq sahəsini almaq niyyətindədir.

"APA-Economics" xəbər verir ki, bunu "Forbes" jurnalına müsahibəsində Q. Nisanov bildirib. Torpaq sahəsi Moskvanın mərkəzi hissəsində – Arbat küçəsi ilə bulvarın kəsişməsində yerləşir: "Biz bu layihəyə maraq göstərirdik. Bilirsiniz ki, bu, Azərbaycan Beynəlxalq Bankının layihəsidir. Lakin hələlik heç bir perspektiv görmürəm. Bank bu torpaq sahəsinin satılıb-satılmayacağına dair qərar verməyib. Əvvəlcə onlar danışıqlara başladılar, sonradan isə dayandırdılar".

 Qeyd edək ki, "Kiyev meydanı" "Forbes" jurnalının reytinqinə əsasən Rusiyanın 96-cı ən iri şirkətidir. 2017-ci ildə şirkətin həmtəsisçiləri Q. Nisanov və Z. İliyev ardıcıl altıncı dəfə Rusiyada daşınmaz əmlakdan ən çox gəlir (1,27 mlrd. dollar) əldə edən iş adamları seçiliblər.