Şənbə günü, sentyabrın 30-u Azərbaycanda banklar üçün iş günü elan olunub.
Bunu Trend-ə Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev deyib. Onun sözlərinə görə, həmin gün banklar adi rejimdə fəaliyyət göstərəcək. Azərbaycan Banklar Assosiasiyasının sədri qeyd edib ki, Bu qərar Azərbaycan Mərkəzi Bankı tərəfindən hesablaşma prosedurlarının ayın sonunadək başa çatdırılması məqsədilə qəbul edilib.