XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

02 Oktyabr 2017 - 23:30

Azərbaycan neftinin qiyməti ucuzlaşdı –0,76 dollar/barel

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 29-da 58,62 dollar/barel təşkil edib ki, bu da cümə axşamına olan göstəricidən 0,76 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 29-da 57,99 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,77 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti sentyabrın 29-da 54,92 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 0,46 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə sentyabrın 29-da 57,17 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,26 dollar/barel azdır.