XƏBƏR LENTİ

21 Yanvar 2021

Digər Xəbərlər

03 Oktyabr 2017 - 11:15

“Avronu satın, dollar alın” –ABŞ-ın nüfuzlu "Goldman Sachs" bankından hesabat

Dollar ABŞ-ın iqtisadi artım gücü və uçot dərəcəsini artırması gözləntilərinin təsiri ilə son vaxtlar müşahidə olunan möhkəmlənmə prosesini davam etdirəcək. 

"Bloomberg" agentliyi xəbər verir ki, bu proqnoz ABŞ-ın nüfuzlu "Goldman Sachs" bankının analitik hesabatında yer alıb. Hesabatda avroya qarşı dollar almaq məsləhət görülüb.

Bankın analitikləri Zax Pandl (Zach Pandl) və Kamakşya Trivedinin (Kamakshya Trivedi) sözlərinə görə, dollar möhkəmlənməyə başlayıb: "Qısamüddətli perspektivdə dolların güclənməsi gözlənilir. Bu səbəbdən USD/EUR-da istiqamətin aşağı olacağını düşünürük".

Pandl və Trivedi avro/dollar məzənnəsinin bu ilin sonuna qədər 1,15 USD/EUR səviyyəsinə kimi geriləyəcəyini proqnozlaşdırırlar. Onlar Avropa səhm bazarının zəif inkişaf edəcəyini ehtimal edirlər. Bununla yanaşı, İspaniyadakı siyasi problemlər, Avstriya və İtaliyada yaxınlaşan seçkilərin avronun məzənnəsinə mənfi təsir edəcəyi proqnozlaşdırılır/Report.