XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

04 Oktyabr 2017 - 20:13

Neft Fondunun 2017-ci il büdcəsindədəyişiklik edilib

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2017-ci il büdcəsində dəyişiklik edilib.

Azərtac xəbər verir ki, Prezident İlham Əliyev oktyabrın 4-də “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2017-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 yanvar tarixli 1186 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Fərman imzalayıb. Fərmana əsasən, Neft Fondunun 2017-ci il büdcəsinin gəlirləri 10 milyard 813 milyon 861,6 min manat, xərcləri isə 15 milyard 242 milyon 928 min manat müəyyən olunub.