XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

30 Dekabr 2015 - 10:04

İveçrə nəşri: Neft Azərbaycan manatını batırır – Təhlil

Şərqdə dayanıqlı mübadilə kursunu praktik olaraq, saxlamaq mümkün deyil. Rus rublunun dəyəri rekord səviyyədə aşağı həddə yaxınlaşır. Azərbaycan manatının mövqeyi zəifləyir. Neftin aşağı qiymətləri postsovet məkanı ölkələrinin valyutalarının devalvasiyasına səbəb olur.

Nefti aşağı qiyməti iri neft istehsalçısı olan ölkələri, xüsusən də postsovet məkanında yerləşənlərin valyutalarını öz ardınca aşağı çəkir. Rubl bazar ertəsi düşməyi davam etdirdi və dollara nisbətdə ən aşağı illik göstərici sərgilədi. Zaman keçdikcə dollar 72 rubldan yuxarı qalxdı. Avronun da kursu artdı və qiyməti 80 rubl təşkil etdi.

Bir il əvvəlki kimi, neft qiymətləri ilə bağlı durumun böyük təsir yarada biləcəyi meydança yaranıb. Rusiyanın valyuta bazarında alverin həcmi kiçikdir, vergi borclarını bağlamağa nəzərdə tutulmuş konsernlərin ilin sonu üçün tipik olan pul köçürmələri isə, getdikcə azalır. Ola bilsin ki, bank müştərilərini və mübadilə məntəqələrini valyuta mübadiləsi zamanı şəxsi məlumatları və tətbiq sahəsini göstərməyə məcbur edən yeni qaydalar da bazarın halına mənfi təsir göstərib. İstənilən halda Quzey dənizinin Brent markalı neftinin qiymət korreksiyası nəticəsiz qalmadı. Rusiya hazırda ən iri istehsalçı Səudiyyə Ərəbistanı ilə yanaş gündə 10,7 milyon barrel neft hasil edir. Xəzər dənizinin yanında yerləşən Azərbaycan bu cür göstəricidən uzaqdır: orada gündə 800 minn barrel neft hasil olunur. Neft qiymətinin düşməsi keçən həftə Azərbaycanı radikal addım atmağa və milli valyutanın – bir gündə dollara nisbətdə dəyərinin yarısını itirən manatın üzən kursa keçidini elan etməyə təhrik etdi.

Azərbaycan Rusiya və Qazaxıstandan sonra postsovet məkanında neft ixracatının həcminə görə üçüncüdür. Azərbaycan daha öz valyuta ehtiyatlarını qiyməti yenidən təyin edilmiş valyutanı dollara və yaxud valyuta “zənbili”nə bənd etmək istəmir. Azərbaycan 2015-ci ilin yazında manatı dollara nisbətdə üçdə bir dəfə dəyərsizləşdirib özünə kömək etməyə səy göstərdi. Lakin Astanada, nəhayət, radikal tədbirlər görmək lazım gəldi, indi isə Bakının növbəsi çatıb. Lakin Rusiya ilə qonşu ölkələrin mərkəz bankları istəsə, bazardakı duruma prinsipsizcəsinə yanaşır. Azərbaycan manatı kollapsdan sonra nisbətən sabit duruş gətirir. Bir dollar 1,56 manatdır, bunadək isə 1,05 manat idi.

Təngəyə gəlincə, bir dolları qeyri-sabit 330 təngəyə almaq olar. Dolları hələ bir il əvvəl 180 təngəyə əldə etmək olardı. Korreksiyanın bu ölkələr üçün böyük üstünlüyü var, çünki gəlirlərin itkisni neft satışı üzrə dollar sövdələşməsi ilə müvazinətləşdirir. Digər tərəfdən, zəif valyuta idxal mallarına yüksək qiymətlər və idxalatın bahalaşması deməkdir. Moskva ilə Astananın artıq bu cür təcrübəsi var, Bakını isə, onu qazanmaq gözləyir.

Benyamin Tribe

Neue Zuercher Zeitung (İsveçrə), 30.12.2015