Benzinin qiyməti qaldırılacaq? – Tarif Şurasından yeni xəbər
Hazırda Azərbaycanda yanacaq və bezinin qiymətinin dəyişdirilməsi məsələsi Tarif Şurasında müzakirə olunmur.
Bunu “APA-Economics”ə İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bildirib. Onun sözlərinə görə, bununla bağlı şuraya müraciət olmayıb, məsələ gündəmdə deyil.