XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

09 Oktyabr 2017 - 21:25

Ukrayna analitik mərkəzin prezidenti:“İndi Azərbaycan “Qazprom”a öz şərtlərini irəli sürə bilər”

“Qazprom”un Azərbaycanda öz nümayəndəliyini açması ona bu bazara yenidən qayıtmaq imkanı verir”.

Bu sözləri Ukrayna analitik mərkəzinin prezidenti Aleksandr Oxrimenko “Eurasia Diary”-ə müsahibəsində deyib. Onun sözlərinə görə, əgər Azərbaycan hökuməti “Qazprom”un siyasətindəki dəyişiklikdən düzgün istifadə edərsə, bundan hətta qazana bilər: “İndi Azərbaycan “Qazprom”a öz şərtlərini irəli sürə bilər. Çox güman ki, “Qazprom” bu şərtləri qəbul edəcək. Məlum olduğu kimi Aİ Azərbaycan qazının Avropanın cənubuna nəql olunması üçün “Cənub Qaz Dəhlizi” tikir. Bu halda Azərbaycan qazı Əlcəzair və Amerika qazına rəqib olacaq. Rəqabət get-gedə güclənir. Buna görə də "Qazprom”un Azərbaycan bazarına qayıdışı ona bu layihədə iştirak etmək və Avropaya qaz nəqlinin yeni istiqamətindən faydalanmaq imkanı verir. Əsas məqsəd ABŞ-ı Aİ bazarından sıxışdırıb çıxarmaq və Ukrayna qaz nəqliyyatı sistemindən asılılığı aradan qaldırmaqdır”, deyə Oximenko bildirib.

Qeyd edək ki, "Qazprom" 2000-ci ildən 2006-cı ilə qədər Azərbaycan qaz nəql edib. Sonra “Şah-Dəniz” yatağının işə saınması ilə təchizat dayandırılıb.

2010-cu ildən Azərbaycan Rusiyaya qaz nəql etməyə başladı – bu qaz Dağıstanın qazla təchiz olunması üçün istifadə olunurdu. 2013-cü və 2014-cü illərdə Azərbaycan qazının nəqlində təmir işlərilə bağlı fasilələr yaranmışdı. 2015-ci ildə qaz ümumiyyətlə nəql olunmayıb. 2015-ci ildə Rusiya qazının Azərbaycan metanol zavodu (AzMeCo) üçün nəql etməyə cəhd etdi. Rusiya qazının ölkəyə nəqlinə dair danışıqlar Azərbaycan Respublikası Dövlət Neft Fondu (SOCAR) ilə də aparılır.