XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

09 Oktyabr 2017 - 22:15

Ölkədə problemli kreditlərin həcmi 1 milyard 800 milyon manata çatıb  –Mərkəzi Bank

Azərbaycanda vaxtı keçmiş kreditlər bu il sentyabrın 1-nə 1,824 mlrd. manat təşkil edib.

“Report” agentliyi Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, avqustun 1-i ilə müqayisədə 11,2 mln. manat və yaxud 0,62% çoxdur. İlin əvvəlinə nisbətən problemli kreditlər 351,4 mln. manat və yaxud 23,86%, son 1 ildə isə 231,1 mln. manat və yaxud 14,51% artıb.

Avqustun sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı 14,74% olub. Bu nisbət iyulun sonunda 14,1%, ötən ilin sonunda 8,95%, ötən il avqustun sonunda isə 9,46% təşkil edib.