XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

09 Oktyabr 2017 - 23:40

Azərbaycan neftinin qiyməti ucuzlaşdı –1,97 dollar/barel

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti ötən həftənin son iş günü 6-da 56,97 dollar/barel təşkil edib ki, bu da cümə axşamına olan göstəricidən 1,97 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 6-da 56,23 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,98 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 6-da 53,99 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 2,08 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə oktyabrın 6-da 55,19 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 2 dollar/barel çoxdur.