XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 December 2015 - 23:12

Dolların qlobal ehtiyatlardakı payı 64 faizə yüksəlib – BVF

dollar packa.jpg

Beynəlxalq Valyuta Fondu (BVF) özünün internet saytında rüblük qlobal ehtiyat göstəricilərini açıqlayıb.

Məlumatlara görə, ABŞ dollarının ehtiyat valyuta kimi payı üçüncü rübdə 63.98%-ə yüksəlib.

Avronun payı isə, 20.3%-ə düşüb.

Yaponiya iyeninin ehtiyat valyuta kimi aldığı pay isə üçüncü rübdə 3.77%-ə düşüb, ingilis funt sterlinqinin payı 4.72%-ə yüksəlib.

Kanada dollarının da payı azalaraq, üçüncü rübdə qlobal ehtiyat pullarının 1.89 faizini yaradıb.

Avstraliya dollarının da payı 1.84%-ə enib.