XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

12 Oktyabr 2017 - 16:51

Azərbaycanda neft hasilatı azalıb –SOCAR-dan hesabat

2017-ci ilin yanvar-sentyabr ayları ərzində SOCAR tərəfindən 5 mln. 579,3 min ton neft hasil edilib.

 SOCAR-ın açıqladığı statistikaya əsasən, bu, 2016-cı ilin analoji dövrü ilə müqayisədə 1,7% azdır.

Ötən ay SOCAR tərəfindən 615,8 min ton neft hasil olunub.

Ümumilikdə, 2017-ci ilin ilk 9 ayı ərzində Azərbaycanda 28 mln. 820,8 min ton neft hasil edilib ki, bu da ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 7,9% azalmadan xəbər verir: "Ötən ay Azərbaycan üzrə hasilat 3 mln. 219,6 min ton təşkil edib".

APA