XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

14 Oktyabr 2017 - 10:37

Qızıl 8 dollardan çox bahalaşıb- Qiymət

Amerika fond bazarında Dow Jones indeksi 0,13% – 22 871,72 bəndədək, S&P 500 0,09% – 2 553,17 bəndədək, NASDAQ isə 0,22% – 6 605,80 bəndədək bahalaşıb.
 
"APA-Economics" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,28% – 7 535,44 bəndədək ucuzlaşıb, Almaniya DAX-ı 0,07% – 12 991,87 bəndədək bahalaşıb, Fransa CAC-40-ı isə 0,17% – 5 351,74 bəndədək ucuzlaşıb.
 
COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 8,10 dollar artaraq 1 304,60 dollara, gümüş isə 0,14 dollar artaraq 17,41 dollara satılıb.