XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

14 Oktyabr 2017 - 18:21

Banklar gücləndirilmiş rejimdə işləyəcək- Bakı Ticarət Festivalında

Bakı Ticarət Festivalı (“shopping festival”) ilə əlaqədar olaraq, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) tövsiyəsi ilə oktyabr ayının 15-dən etibarən 24 bankın 58 filial və şöbəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bu barədə Trend-ə Palatadan məlumat verilib.

Festival dövründə ölkə vətəndaşları və qonaqların valyuta mübadiləsi xidmətlərindən rahat və fasiləsiz yararlana bilmələri üçün bankların 7 filial və şöbəsi həftənin bütün günləri 24 saat, digərləri isə şənbə və bazar günləri də daxil olmaqla gücləndirilmiş iş rejimində xidmət göstərəcək.

Festivalla əlaqədar olaraq həmçinin MBNP-nin işçi heyətindən ibarət xüsusi monitorinq qrupu fəaliyyət göstərəcək. Yarana biləcək hər hansı bir problemlə əlaqədar ölkə vətəndaşları və qonaqlar MBNP-na müraciət edə bilərlər:

Əlaqələndirici şəxs: Vüsal Həsənov. email: vü[email protected], tel: (+994) 12 493 50-58 (daxili 429), mob: (+994) 55 294 00 05.

Festival zamanı valyuta mübadilə əməliyyatlarını gücləndirilmiş iş rejimində həyata keçirən bankların filial və şöbələrinin siyahısı MBNP-nin rəsmi internet səhifəsində yerləşdirilib.

Xatırladaq ki, II Bakı Ticarət Festivalı oktyabrın 15-dən noyabrın 15-dək keçiriləcək.