XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

15 Oktyabr 2017 - 10:05

Son 25 ildə lk dəfə olaraq ABŞ-ın ən böyük ticarət missiyası Bakıya gəlir –Azərbaycana kömək  müzakirə olunacaq

Oktyabrın 16-dan 18-dək Amerika -Azərbaycan Ticarət Palatası və ABŞ-ın Kommersiya Departamenti Azərbaycana gələn 14 ABŞ şirkətinin ticarət missiyasına rəhbərlik edəcək.

ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatında deyilir ki, 27 nəfərdən ibarət missiya indiyədəkAzərbaycana gəlmiş ən böyük ABŞ ticarət missiyasıdır.

“Şirkətlər ticarət sektorunun geniş və müxtəlif sahələrini təmsil edir və burada olduqları zaman iki ölkənin iş adamları və hökumət nümayəndələri arasında keçirilən görüşlərdə iştirak edəcəklər. Şirkətlər İqtisadiyyat Nazirliyi və AzPromo ilə də dəyirmi masa keçirəcək”, – məlumatda qeyd edilir.

Nümayəndə heyətini Türkiyə və Azərbaycan üzrə Ticarət Missiyanın müşaviri Vilyam Çaykovski və Xarici Özəl İnvestisiya Koorporasiyasının icraçı direktoru Kenes Engıl də müşayiət edəcək. Onlar ABŞ səfiri Robert Sekuta ilə birlikdə nazirliklərdə görüşlər keçirəcək. Azərbaycan hökumətinin həyata keçirdiyi islahatları və daha çox ABŞ investisiyalarını cəlb etmək üçün Azərbaycana necə kömək etmələrini müzakirə edəcəklər.