XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 March 2015 - 19:00

Tikinti bazarında bahalaşma

Azərbaycanda manat ucuzlaşandan sonra tikinti materialları bazarında əməlli-başlı durğunluq yaşanır. Bazara nə gələn var, nə də gedən. çünki dolların bahalaşması ölkəyə xaricdən gətirilən tikinti materiallarının qiymətini artırıb. Bir çox materialların qiyməti artıq bahalaşıb. Ən çox bahalaşma taxtada hiss edilir. Əvvəllər taxtanın bir kubu 200-220 manata satılırdısa, indi 250 manata satılır. Taxta əsasən Rusiyadan gətirildiyi üçün dolların bahalaşması birbaşa qiymət artımına səbəb olub. Tikinti materialları bazarında boyaların və divar kağızlarının qiymətində də artım var. Bir sözlə, tikinti üçün lazım olan bütün materiallar ən azı 30 faiz bahalaşıb. Tikinti bazarında çalışan Əli Mehdiyev Analitik.az-a bildirib ki, bazarda alıcı olmasa da, qiymətlər bir qədər yüksəlib. Buna səbəb materialların dollarla xaricdən alınıb, ölkəyə gətiriləsidir. “Gözlənilir ki, yaxın aylarda qiymətlər daha da bahalaşsın.”
İqtisadçı ekspert Vüqar Bayramov də deyir ki, manatın dollar qarşısında dəyərdən düşməsi, ölkəyə gətirilən tikinti materiallarının manat ifadəsində xərcinin artmasına gətirib çıxaracaq: “Azərbaycan tikinti materiallarına olan tələbatının çox hissəsini Rusiyadan idxal hesabına ödəyir. Rusiyadan idxal olunan məhsullarda rublun möhkəmlənməsi fonunda Azərbaycan manatının dəyərdən düşməsi tikinti mallarının manatla ifadəsində qiymətlərin bahalaşmasına gətirib çıxaracaq. ümumiyyətlə, tikinti bazarında indi durğunluq hökm sürür. Tikinti bazarında olan durğunluq manatın məzənnəsinin aşağı düşməsindən öncə də müşahidə edilirdi, alıcılıq qabiliyyəti aşağı düşmüşdü. Praktik olaraq həmin durğunluq indi daha çox davam etməkdədir. Tikinti şirkətlərinin bəziləri malları manatın məzənnəsi aşağı düşməmişdən öncə gətirmişdilər. Eyni zamanda, rublun məzənnəsinin kəskin aşağı düşdüyü dövrdə də tikinti materiallarının qiymətində elə kəskin azalmalar müşahidə olunmayıb. “