XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

10 Aprel 2015 - 12:36

Rusiyadan Azərbaycana pul köçürmələri azalıb – Səbəb
2014-cü ildə Rusiyadan Azərbaycana pul köçürmələri azalıb.
ANS TV-nin məlumatına görə, bu Rusiya Mərkəzi Bankının açıqladığı məlumatdan aydın olur. Əgər 2013-cü ildə Rusiyadan ölkəmizə 1,34 milyard dollar köçürülmüşdüsə, 2014-cü ildə bu rəqəm 1,31 milyard dollar təşkil edib. Bu isə 2,2% azalma deməkdir. Bunun səbəbi kimi, qonşu ölkədə baş verən iqtisadi böhran, milli valyutanın dəyərdən düşməsi nəticəsində orda işləyən soydaşlarımızın qazancının da azalması göstərilir.
Rus rublu manat qarşısında ilin əvvəli ilə müqayisədə 7 manata yaxın bahalaşıb. Hazırda 1000 rublu 20 manat 30 qəpiyə dəyişdirilir. ötən ilin dekabr ayında isə 1000 rubl təxminən 13 manat təşkil edirdi.