XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

16 Oktyabr 2017 - 13:51

Sergey Lavrovdan Xəzərin dibi ilə boru çəkilməsinə etiraz:“Bu dənizin mühiti çox həssasdır”

Rusiya xarici işlər naziri Sergey Lavrov Xəzər dənizinin dibi ilə boru xəttinin çəkilməsinə münasibət bildirib.

Rusiya XİN başçısı Soçidə Ümumdünya Gənclər və Tələbələr Festivalı çərçivəsində keçirilən paneldə çıxışı zamanı bildirib ki, Xəzərin dibi ilə boru kəməri çəkilməmişdən öncə xəttin inşasının ətraf mühitə necə təsir edəcəyini dərk etmək lazımdır.  "Qara dənizdən fərqli olaraq Xəzərdə dəniz mühiti çox həssasdır. Belə boru kəmərlərinin tikintisi barədə qərar qəbul olunmamışdan öncə bu kimi layihələrin ətraf mühitə təsirini diqqətlə öyrənmək lazımdır", – deyə Lavrov vurğulayıb. (APA)