XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

04 Yanvar 2016 - 07:27

SOCAR: 2015-ci ildə Azərbaycanda qaz hasilatı rekord həddə çatıb
 

2015-ci ildə Azərbaycanda kommersiya qaz hasilatı səviyyəsi artıb.

“APA-Economics”in “Natural Gas Europe” -un internet resursuna istinadən verdiyi xəbərə görə, bunu SOCAR-ın neftin, qazın hasilatı və nəqli üzrə vitse-prezidenti Rəhman Qurbanov deyib.
 
Azərbaycanın qaz sektorunu şərh edən R. Qurbanov bildirib ki, 2015-ci ildə ilk dəfə kommersiya qaz hasilatı 18,9 mlrd. kub metrə çatıb, bu isə 2014-cü illə müqayisədə 0,2 mlrd. kub metr çoxdur.
 
“Qaz hasilatı Şahdəniz və Azəri-çıraq-Günəşli yataqları hesabına artıb. Bu yataqların operatoru isə BP şirkətidir. 2015-ci ildə Azərbaycanda Şahdəniz mərhələ-1 işləmələri üzrə 9,9 mlrd. kub metr qaz hasil edilib”, – deyə, R. Qurbanov qeyd edib.
 
SOCAR rəsmisinin sözlərinə görə, buna baxmayaraq, 2015-ci ildə Azərbaycanda ümumi qaz hasilatı (səmt və laylara vurulan qaz da daxil olmaqla) 29,4 mlrd. kub metrə çatıb ki, bu da 2014-cü illə müqayisədə 0,2 mlrd. kub metr çoxdur.