XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

20 Oktyabr 2017 - 10:52

Azərbaycan neftinin qiyməti ucuzlaşıb –Birja  

Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

AZƏRTAC xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 0,21 dollar ucuzlaşaraq 58,63 dollar olub.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,19 dollar bahalaşaraq 51,48 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti isə 0,13 dollar artaraq 57,36 dollar təşkil edib.