XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

20 Oktyabr 2017 - 12:36

Asiya İnkişaf Bankı Azərbaycanda yol çəkilişinə 934 milyon  dollar pul qoyub –Bankın ölkə üzrə direktoru

Asiya İnkişaf Bankı (ADB) bu vaxta qədər Azərbaycana kredit, qrant və texniki dəstək proqramları çərçivəsində toplam olaraq 3,65 mlrd. ABŞ dolları həcmində vəsait ayırıb.

Fins.az xəbər verir ki, bunu “Risk” analtik-biznes jurnalına müsahibə verən ADB-nin Azərbaycan üzrə ölkə direktoru Nariman Mannapbekov deyib. N.Mannapbekovun sözlərinə görə, təmsil etdiyi bank qarşıdakı 3 ildə də Azərbaycanda qeyri-neft iqtisadiyyatının inkişafını dəstəkləməkdə davam edəcək: “ADB Azərbaycanda yol şəbəkəsinin inkişafı proqramını dəstəkləyir və bu vaxta qədər bu sahəyə 934 mln. dollar civarında investisiya yatırıb. Birinci belə layihə bu ilin sentyabrında yekunlaşan Masallı-Astara şosesinin inşası layihəsidir. Həmçinin, ADB-nin dəstəyi ilə 4 körpü və Gəncə-Qazax regionunda lokal yollar yenidənqurmadan çıxıb”.

N.Manapbekov deyib ki, Azərbaycanda infrastruktura investisiya qoymağa böyük ehtiyac var: “ADB-nin sonuncu dəfə yayımlanan “Meeting Asia’s Infrastructure Needs” nəşrində göstərilirdi ki, 2016-2030-cu illərdə Asiyanın infrastruktur sahəsində 1,7 trln. dollar həcmində investisiyalara ehtiyacı olacaq. Bu baxımdan Mərkəzi və Qərbi Asiya regionunun hər il 492 mlrd. dollar investisiyaya ehtiyac var ki, bu, hazırda 33 mlrd. dollar civarındadır.  Bu təcrübədən çıxış edərək Azərbaycanda da infrastruktur sahəsinə investisiya qoyuluşuna ehtiyac olacaq”. (Report)