XƏBƏR LENTİ

04 Dekabr 2020

Digər Xəbərlər

20 Oktyabr 2017 - 14:07

“Neft Fondunun pulunun artması dolların ucuzlaşması ilə bağlıdır” –EKSPERT RƏYİ

“Yola saldığımız 9 ay ərzində Neft Fondun aktivləri $2,9 milyard və ya 8,7% artıb. Artımın əsas səbəbi ABŞ valyutasının digər valyutalara nəzərən ucuzlaşması ilə bağlıdır”.

Strateq.az bildirir ki, bu sözləri iqtisadçı ekspert Samir Əliyev Neft Fondunun açıqladığı vəsaitləri şərh edərkən bildirib.

Onun sözlərinə görə, artımın 44%-i Avropa valyutasının payına düşüb. Yanvar-sentyabr ayları ərzində avronun dollar qarşısında 12% bahalaşması Fonda dollar ifadəsində əlavə $1,3 milyard qazanc gətirib. İngilis funtunun artıma töhfəsi 8% olub. Funtun ABŞ valyutasına nəzərən 8,6% bahalaşması nəticəsində aktivlərimizi $232,4 milyon həcmində artırıb.

Qızılın bahalaşması da aktivləri artırıb. 9 ay ərzində qızıl 12% bahalaşıb və yekun olaraq $133,3 milyon gəlir gətirib.

Artımın təxminən 57%-i bu 3 mənbənin payına düşüb.

Aktivlərin strukturunda diqqəti cəlb edən digər məsələ Fondun istiqrazlar və pul bazarları alətləri üzrə portfelinin 3,6%-nin qeyri-investisiya reytinqinə (buna "zibil" reytinqi də deyilir) düşməsidir. Digər məsələ isə Fondun istiqrazları və pul vəsaitləri orta və uzun müddətə yerləşdirməsidir ki, bu da gəlirliliyin artımına hesablanmış addım kimi qiymətləndirilməlidir.

Qqeyd edək ki, Neft Fondu aktivlərinin həcminin açıqlayıb. Məlum olur ki, oktyabrın 1-i tarixinə aktivlərin həcmi 36 milyard dolları keçib.