XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

21 Oktyabr 2017 - 11:48

Kiçik və orta sahibkarlara vergi güzəştləri tətbiq oluna bilər

Azərbaycan hökuməti kiçik və orta sahibkarlıq nümayəndələrinə vergi güzəştlərinin tətbiq olunması imkanını nəzərdən keçirir.

Bu barədə Trend-ə hökumətdəki mənbə məlumat verib.

Məlumatda qeyd olunur ki, güzəştlər əsasən mənfəət və gəlir vergilərinə şamil olunacaq: “Yeni güzəştlər bu vergilərdən qismən və müəyyən müddətə azad edilməni nəzərdə tutur. Hələlik kiçik və orta biznes subyektlərinin vergilərdən tam azad olunması barədə söhbət getmir”.

Eyni zamanda mənbə qeyd edib ki, kiçik və orta sahibkarlığa dəstək verilməsi ilə bağlı müxtəlif təkliflər hökumət tərəfindən nəzərdən keçirilir.