XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

21 Oktyabr 2017 - 17:23

Dünya Bankından proqnoz:"Yaxın 2 ildə Azərbaycanda kənd təsərrüfatı sektoru artacaq"

Dünya Bankının (DB) analitikləri 2017-ci ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalının 2,7 faiz artacağını proqnozlaşdırırlar.

Trend-in məlumatına görə, bankın "Regional Economic Update" yenilənmiş hesabatında qeyd edilir ki, Azərbaycanın kənd təsərrüfatı sektoru yaxın iki ildə də inkişaf etməyə davam edəcək.

2018-2019-cu illər üçün bank bu sektorda istehsalın artımını illik 2,8 faiz səviyyəsində proqnozlaşdırır.