XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

23 Oktyabr 2017 - 11:18

Azərbaycan məhsullarının Avropa İttifaqına sərbəst daxil olmasına  imkan verən qanun hazırlanıb

“Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olması prosesi ilə əlaqədar qanunvericiliyin ÜTT -nin tələblərinə uyğunlaşdırılması, ticarətdə texniki maneələrin aradan qaldırılması, yerli istehsalçıların xaricə ixrac potensialının artırılması  məqsədilə “Texniki tənzimləmə haqqında” Qanun layihəsi hazırlanıb”.

Strateq.az bildirir ki, bu sözləri  Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov hakim partiyanın rəsmi saytına verdiyi müsahibəsində bildirib.

R. Həsənovun sözlərinə görə,  qanun layihəsi hazırlanarkən Ümumdünya Ticarət Təşkilatının Ticarətdə Texniki Maneələr haqqında Sazişinin texniki tənzimləməyə və uyğunluğun qiymətləndirilməsi fəaliyyətinə dair tələbləri, Avropa İttifaqının  müvafiq qanunvericilik aktları nəzərə alınıb. Qanun layihəsi Avropa İttifaqının “Tvinninq” layihəsi çərçivəsində beynəlxalq ekspertlərin iştirakı ilə təkmilləşdirilib. Daha sonra Qanun layihəsi aidiyyəti dövlət orqanları ilə razılaşdırılmaqla Nazirlər Kabinetinə təqdim olunub: “Qeyd olunan sənədin qəbul olunması Azərbaycanda istehsal olunan məhsulların beynəlxalq bazara və Avropa İttifaqının iqtisadi məkanına sərbəst daxil olması imkanlarını artıracaq. Həmçinin beynəlxalq təcrübəyə uyğun “Standartlaşdırma haqqında” yeni Qanun layihəsi “Tvinninq” layihəsi çərçivəsində beynəlxalq ekspertlərinin iştirakı ilə təkmilləşdirilib, aidiyyəti dövlət orqanları ilə razılaşdırılmaqla Nazirlər Kabinetinə təqdim olunub”.