XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

23 Oktyabr 2017 - 17:18

“Saxo Bank”:"Getdikcə Azərbaycanda dolların məzənnəsini idarə etmək çətinləşəcək"

Dünya bazarında neftin qiyməti 50 dollar/barel ətrafında qorunarsa, Azərbaycanda ABŞ dollarının məzənnəsi hələ bir müddət sabit qalacaq.

Bunu "Report"a açıqlamasında Danimarkanın internet bankçılıq xidmətləri göstərən "Saxo Bank"ın analitikləri bildiriblər.

Bankdan verilən məlumata əsasən, hazırda Azərbaycanda dolların məzənnəsi 1,70 manat səviyyəsində idarə olunur: "Lakin əgər Azərbaycan 2018-ci ildə məzənnə siyasətini köklü şəkildə dəyişməsə, dolların məzənnəsini idarə etmək çətinləşəcək".

Qeyd edək ki, bir müddət əvvəl Çinin "Geely Holding Group" Şirkətlər Qrupu "Saxo Bank"ın səhmlərinin 51,5%-ni 800 mln. dollardan baha qiymətə almaq istədiyini bildirib.