XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

23 Oktyabr 2017 - 21:20

Azərbaycanda dövlət ipoteka kreditlərinin maksimal məbləği 50% artırılıb

“Azərbaycan İpoteka Fondu” ASC-nin Müşahidə Şurasının qərarı ilə dövlət xətti ilə verilən kommersiya xarakterli ipoteka kreditlərinin maksimal məbləği artırılıb.

“Report” xəbər verir ki, qərara əsasən, sözügedən məbləğ 100 min manatdan 150 min manata çatdırılıb.

Sosial ipoteka kreditlərinin maksimal məbləği isə 100 min manat olaraq qalıb.

Xatırladaq ki, hazırda kommersiya xarakterli ipoteka kreditləri illik 8%-lə, sosial ipoteka kreditləri isə illik 4%-lə verilir.