XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

24 Oktyabr 2017 - 13:40

2 kiçik dövlət müəssisəsi və 8 qeyri-yaşayış sahəsi özəlləşdirildi –Hərrac

Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirilib.

Strateq.az Komitəyə istinadən xəbər verir ki, hərracda 2 kiçik dövlət müəssisəsi və 8 qeyri-yaşayış sahəsi özəlləşdirilib.

Məlumata görə, Sabunçu rayonunda yerləşən qeyri-yaşayış sahəsi ilkin start qiymətindən daha yüksək qiymətə özəlləşdirilib:

"Ümumi faydalı sahəsi 17,2 kv.m olan qeyri-yaşayış sahəsinin ilkin start qiyməti 3 min 500 manat olmasına baxmayaraq ən son 5 min 500 min manata özəlləşdirilib. Qeyri-yaşayış sahələrindən 2-i paytaxtın Suraxanı, 2-i Sabunçu digərləri isə müvafiq olaraq Nəsimi, Nərimanov, Binəqədi, Yasamal rayonlarında yerləşir.

Hərracda özəlləşdirilən kiçik dövlət müəssisələləri Sumqayıt və Naftalan şəhərlərində yerləşir. Həmin kiçik dövlət müəssisəsiləri sənaye sahəsində əlverişli hesab edilir. Ümumi faydalı sahəsi 105,3 kv.m olan Naftalan qənd istehsalı müəssisəsi bu kateqoriyaya aid olmaqla investorlar üçün yaxşı gəlir mənbəyidir. Sumqayıt şəhərində yerləşən 2 saylı maye-qaz doldurma məntəqəsi də xidmət sahəsində sahibi üçün qazanclı obyektdir. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 78,8 kv.m təşkil edir.

Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac oktyabrın 31-də keçiriləcək".