XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

25 Oktyabr 2017 - 12:27

DGK hökumətə müraciət etdi- Bəzi gömrük dərəcələrinin aşağı salınması ilə bağlı

"Gömrük dərəcələrinin aşağı salınması aktual məsələlərdən biridir. Üçpilləli sistemə keçidlə bağlı təkliflər var. Müxtəlif nazirliklər kimi, biz də bu təklifləri hazırlayıb hökumətə təklif etmişik. Son qərarı hökumət verəcək".
 
"APA-Economics" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev bildirib.
 
Onun sözlərinə görə, ölkəyə idxal olunan xammala tətbiq olunan rüsumlara güzəştlər tətbiq olunan bilər: "Bu xammal ölkə daxilində istehsalın artırılması üçün lazımdır. Buna görə, bu məsələyə baxıla bilər, müəyyən güzəştlər tətbiq oluna bilər".
 
DGK sədri əlavə edib ki, bəzi aksiz dərəcələrinin artımı də nəzərdən keçirilir, lakin bu, böyük miqdarda olmayacaq: "Aksiz dərəcələrinin artırılması spesifik mallara şamil olunur. Bu isə dəfələrlə ölçülüb-biçilir. Böyük miqdarda aksiz dərəcələrinin artımı nəzərdə tutulmur".