XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

25 Oktyabr 2017 - 13:11

BP:"Son üç ildə neftin qiymətindəki tendensiya 1985-1990-cı illəri xatırladır"

"Hazırda dünya bazarında neft ehtiyatları tələbatdan çox yüksəkdir. Ehtiyatlar indiki tələb səviyyəsinə qədər azalmayacağı təqdirdə "qara qızıl"ın qiymətində ciddi artım gözlənilmir".

"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycanda səfərdə olan BP-nin Rusiya və MDB ölkələri üzrə baş iqtisadçısı Vladimir Drebentsov deyib.
 
Onun sözlərinə görə, 2016-cı ilin iyul ayından etibarən dünyada neft ehtiyatlarının azalması tendensiyası müşahidə edilib: "Ehtiyatların azalmasına Neft İxrac Edən Ölkələr Birliyinə üzv və qeyri-üzv ölkələrin hasilatı azaltması barədə qəbul etdiyi qərarlar səbəb olub. Saxlama anbarlarında olan neft ehtiyatları azalsa da hələlik tələb səviyyəsinə qədər aşağı düşməyib. Bununla belə, bazarda balans yaxşılaşmaqdadır. 2014-2017-ci illərdə qiymət tendensiyası 1985-1990-cı illərdə müşahidə olunan qiymət dəyişikliklərini xatırladır".

V. Drebentsov bildirib ki, qarşıdakı 2 ildə neftə tələbatın artacağını gözlənilir. "2018 və 2019-cu illərdə neftə tələbat ötən ildəkindən çox olacaq".

Qeyd edək ki, V. Derbentsovun ölkəmizə səfəri BP-nin "2035-ci ilədək enerji bazarına baxış" adlı hesabatın hazırlanması məqsədi daşıyır.