XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

26 Oktyabr 2017 - 15:02

Nazir:"Azərbaycan-İran avtomobil zavodunda avtobus da istehsal oluna bilər"

Azərbaycan-İran birgə avtomobil zavodunda avtobus da istehsal oluna bilər.

Trend-in məlumatına görə, bunu Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir bildirib ki, bu məsələ İranın iqtisadiyyat və maliyyə naziri Məsud Kərbasianın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə müzakirə olunub:

"Biz bu məsələ üzrə ilkin danışıqlara başlamışıq. Birinci mərhələdə zavodda avtomobil istehsalı təşkil olunacaq. Gələcəkdə isə birgə avtobus istehsalını istisna etmirik".