Rusiyanın beynəlxalq (qızıl-valyuta) ehtiyatları 1 həftə ərzində 1,4 mlrd. ABŞ dolları və yaxud 0,33% azalaraq 425,6 mlrd. dollara düşüb.
“Report” xəbər verir ki, bu barədə Rusiya Bankı (Mərkəzi Bank) məlumat yayıb. Qeyd edək ki, Rusiyanın beynəlxalq ehtiyatlarına Rusiya Bankının və hökumətinin sərəncamındakı yüksək likvidliyə malik xarici aktivlər daxildir.