XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

27 Oktyabr 2017 - 10:13

ABŞ-ın 2018 – ci il üçün dövlət büdcəsi təsdiqləndi –4 trilyon dollar

ABŞ Konqresinin Nümayəndələr Palatasındakı respublikaçılar cüzi səs fərqi ilə 2018-ci il üçün 4 trilyon dollarlıq büdcə layihəsini təsdiq edib.

Beləliklə prezident Tramp vergilərlə bağlı məsələyə istədiyi şəkildə baxmaq imkanı qazanıb. Bu büdcə layihəsi respublikaçılara demokratların dəstəyi olmadan vergiləri qarşıdan gələn on ildə 1.5 trilyon dollar ixtisar edəcək tədbirləri həyata keçirmək imkanı verib. Lakin səs fərqinin (216-212) kiçik olması o deməkdir ki, istənilən vergi islahatlarının prezident masasına Konqresdən keçən yolu asan olmayacaq.

Bu səsvermədə 20 respublikaçı da hamılıqla büdcə qətnaməsinə “yox” deyən demokratlara qoşulmuşdu. Nümayəndələr Palatasının spikeri Pol Rayan Senatda bəyənilmiş qətnamənin qəbul olunmasını alqışladığını deyib. O bildirib ki, “bu, bizi tarixi vergi islahatına daha bir addım yaxınlaşdırırıb”. Plana etiraz edən demokratlar bunun yalnız zənginlər və korporasiyaların mənafeyinə xidmət edəcəyini bildirir. ( Amerikanın Səsi)