XƏBƏR LENTİ

19 Oktyabr 2020

Digər Xəbərlər

27 Oktyabr 2017 - 10:38

Özbəkistan Cənubi Koreya təcrübəsinə əsaslanan iqtisadiyyat modelindən imtina edir –EKSPERT

Artıq bir ildən çoxdur ki, avqustun sonlarında Orta Asiyanın avtoritar liderlərindən biri olan İslam Kərimovun vəziyyətinin ağır olduğu bildirildi. Sentyabr 2-də Daşkənd Kərimovun ölümü haqqında məlumat verdi. Növbəti prezident seçkilərinin necə keçəcəyi bütün dünya ictimayyətinin diqqət mərkəzində oldu.

Kərimovun dövründə hökümət başçılarından biri olan Şövkət Mirziyoyev hakimiyyətə gəldikdən sonra dövlət televiziyası müstəqil Özbəkistanın ilk liderinin uzunmüddətli siyasətini tənqid etdi. Tarixçilər bunu Nikita Xruşovun Stalinin şəxsiyyət kultu siyasətini tənqid etməsinə bənzətdilər. Qazaxıstanlı siyasi analitik Sultanbek Sultanqaliyev “Eurasia Diary” saytı ilə söhbəti zamanı, yeni prezidentin ölkəni islah etməyə davam etdiyini söyləyib. Siyasətçi həmçinin, valyutanın sərbəst şəkildə dəyişdirilməsini, Avrasiya İttifaqı ölkələri ilə ticarət və iqtisadiyyatın gücləndirilməsi və Özbəkistan hakimiyyətinin xarici valyuta axını üzərində işləməsi kimi müsbət halları vurğulayıb.

Siyasətçinin sözlərinə görə, indi Özbəkistan Cənubi Koreya təcrübəsinə əsaslanan iqtisadiyyat modelindən imtina edir və bu təsir qruplarının maraqlarına zidd olsa da, ümumi sosial-siyasi vəziyyət dəyişməz olaraq qalacaq. Sonda, Sultanbek Sultanaliyev hazırkı prezidentin cəmiyyətin dəstəyinə ehtiyacı olduğunu bildirib və onun artıq demokratikləşmə uğrunda məhbusların azad edilməsi, estrada ulduzlarının etibarının geri qazanılması kimi tədbirlərin görülməsini vurğulayıb.

“Sözsüz ki, Özbəkistanda modernizasiya prosesinin tam liberallaşdırılmasını söyləmək olmaz. Ancaq hakimiyyətin bu istiqamətdə böyük addımlarla irəllədiyini deyə bilərik, çünki hakimiyyət vətəndaş və siyasi azadlıq olmadan funksional iqtisadiyyatın yaranmasının mümkün olmadığını anlayır”,  – deyə ekspert bildirib.  (Eurasia Diary)