XƏBƏR LENTİ

09 Dekabr 2019

Digər Xəbərlər

27 Oktyabr 2017 - 16:28

Azərbaycan xaricdən ət almağı iki dəfə artırıb –9 ayda ölkəyə 1 milyard dollarlıq ərzaq gətirilib

Azərbaycan bu il ət idxalını iki dəfə artırıb.  Gömrük Komitəsinin məlumatına görə, bu ilin 9 ayında ölkəyə 971,8 mln manat məbləğində ərzaq gətirilib. Bu seqmentdə illik hesablamada 2,3% artım olub.

Hesabat dövründə ət idxalı 91,57% artaraq 46,552 mln dollara, süd idxalı 69,02% artaraq 9,720 mln dollara, kərə yağı və başqa süd məhsulları idxalı 27,65% artaraq 49,065 mln dollara, çay idxalı 29,89% artaraq 39,236 mln dollara, meyvə və tərəvəz idxalı 0,22% artaraq 91,465 mln dollara çatıb. Buğda idxalı isə 34,57% azalaraq 136,361 mln dollar, şəkər idxalı 5,96% azalaraq 124,467 mln dollar təşkil edib. (Turan)