XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

27 Oktyabr 2017 - 00:10

Ərəblər kütləvi şəkildə Bakıda ev alır  –Səbəb

Son dövrlər Bakıdan, xüsusilə də Ağ şəhərdən ev alan xarici vətəndaşlar artmağa başlayıb.

Bu barədə Fins.az-a Ağ Şəhərdə fəaliyyət göstərən yaşayış kompleksinin rəhbəri deyib. Mənbənin bildirdiyinə görə, xüsusilə də son bir neçə ayda ərəblər Ağ Şəhərdən ev almağa başlayıb. Buna səbəb isə Azərbaycanda mənzillərin digər ölkələrə nisbətən ucuz olmasıdır: “Bəhreyn telekomunikasiya şirkətində rəhbər vəzifədə çalışan ərəb vətəndaşından bu barədə soruşmuşduq. O dedi ki, Bəhreyndə ev almaq çox bahadır. Məsələn, bizdən aldığı mənzilin 1 kv.m-i 1000 dollardırsa, Bəhreyndə evin 1 kv.m-i 10 min dollar təşkil edir. Yəni, Bakıdan, Ağ Şəhərdən ev almaq 10 dəfə sərfəlidir. Bəhreyndə bir yataq otağının qiymətinə Bakıda böyük bir mənzil əldə etmiş olur”.

Mənbənin verdiyi məlumata görə, hazırda Azərbaycanda daşınmaz əmlak qiymətləri MDB məkanında ən aşağı qiymətlərdir: “Qazaxıstanda, Özbəkistanda, Gürcüstanda tikinti layihələrində iştirak etmişəm. Məsələn, biz 2016-cı ildə Tbilisidə bina tikirdik. Bakının Xətai rayonu kimi orta bir ərazidə mənzillərin qiyməti 1200-1400 dollar arasında dəyişirdi. İndiki qiymətlə bu, 2300-2500 manat edir. Halbuki, hazırda Xətai rayonunda kv.m-i 1400-1500 manata ev tapa bilərsiz”.