XƏBƏR LENTİ

25 Yanvar 2021
24 Yanvar 2021

Digər Xəbərlər

28 Oktyabr 2017 - 15:44

Gürcüstan Azərbaycan qazını yeni marşrutla alacaq- Gələn həftədən

Gürcüstan üçün mühüm təkcə iqtisadi deyil, həm də geosiyasi baxımdan mühüm əhəmiyyət kəsb edən Cənub Qaz Dəhlizi layihəsi sonuncu, tamamlama mərhələsindədir. Artıq gələn həftədən Gürcüstan Azərbaycan təbii qazını yeni marşrutla ala biləcək.

Azərtac xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı yazıb. Məlumatda bildirilir ki, Cənub Qaz Dəhlizinin genişlənməsi üçün nəzərdə tutulmuş xarici investisiya iki milyard dollara yaxınlaşır.

Gələn il Türkiyə bu xətt ilə təbii qaz alacaq. 2020-ci ildən isə Trans-Adriatik Boru Xəttinin tikintisi tam başa çatdıqdan sonra təbii qaz Qafqazdan Avropa ölkələrinə çatacaq.