XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 October 2017 - 19:04

Azərbaycandan Litvaya işğal olunmuş ərazilərdə istehsal edilən məhsullarla bağlıÇAĞIRIŞ

Azərbaycan Litvaya Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdə istehsal edilən məhsulların idxalı, ixracı və satışının qarşısının alınması xahişi ilə müraciət edib.

Vergilər Nazirliyindən Trend-ə verilən məlumata görə, bu müraciət Vilnüsdə ikitərəfli əməkdaşlıq üzrə Azərbaycan-Litva hökumətlərarası komissiyasının V iclası çərçivəsində edilib.

Tərəflər iclasın nəticələrinə dair protokol imzalayıblar. Həmçinin iclas çərçivəsində bir sıra sazişlər imzalanıb.

Bundan başqa, Litva Maliyyə Nazirliyi yanında Dövlət Vergi Müfəttişliyi və Azərbaycan Vergilər Nazirliyi arasında anlaşma memorandumu imzalanıb. Memorandum informasiya mübadiləsi sahəsində və vergi tələbləri alındıqda qarşılıqlı inzibati yardımı nəzərdə tutur.