Omid Şokri Kaleşar
Enerji üzrə məsləhətçisi, Vaşinqton
Bakı-Tbilisi-Qars
Azərbaycan-Türkiyə dostluq münasibətləri “Bir millət- iki dövlət“ şuarı ilə təsdiqlənir. Ərdoğan Bakı-Tbilisi-Qars layihəsinin açılışına həsr olunmuş sərgiyə qatılmışdı. 2007-ci ildə hazırlanmış layihənin tikintisi 2008-ci ildə başlamışdı və 178 km-lik dəmir yolunun yenidən qurulmasını nəzərdə tuturdu.
Azərbaycan, Türkiyə, Gürcüstan münasibətlərini daha da gücləndirən bu layihə, Xəzər dənizindən Avropaya kimi Türkiyə ərazisindən keçən yeni dəmir yolu tunelini yaratmağa imkan verdi və bu, Bosfor boğazının altından keçən tunelin tikintisini istisna etdi. Bu layihə, həmçinin Rusiya və Türkiyəni birləşdirən Şimal-Cənub dəmiryolu tunelinin tikintisini nəzərdə tutur. Belə ki, bu xəttlə İranın ərazisindən keçən əlavə marşrutların yaranması da mümkündür.
Azərbaycana səfəri zamanı Ərdoğan TANAP layihəsinin tezliklə hazırlanmasına dair fikrin bildirdi və Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana hər zaman dəstək olduğunu vurğuladı. Ərdoğanın bu bəyanatı Azərbaycanın Ankaranı ATƏT-in Minsk Qrupu missiyasının çərçivəsində görmək istədiyini bildirdikdən sonra yarandı.
Cənub Qaz Dəhlizi
Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Novorossiysk və Bakı-Tbilisi-Ərzurum qaz kəməri də daxil olmaqla bir çox beynəlxalq nəqliyyat marşrutları Azərbaycanın ərazisindən keçir. TANAP layihəsinin daha sonra TAP ilə bağlı olacağı güman edilir. Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın Şahdəniz yatağından qaz nəqlini nəzərdə tutur və bunun gələn il baş verəcəyi planlaşdırılır.
Türkiyə – Avropa bazarında enerjinin tranzit ölkəsi
“Şahdəniz- 2” yatağının qaz marşrutu Xəzər dənizindən Avropaya təxminən 3500 km məsafədədir. Mövcud Cənubi Qafqaz boru kəməri Azərbaycan və Gürcüstan vasitəsilə yeni paralel boru kəməri ilə genişləndiriləcək və Trans-Anadolu boru kəməri Yunanıstan və Albaniyadan İtaliyaya keçən Trans -Adriatik boru kəmərinə qoşulmaq üçün Türkiyə vasitəsilə Şahdəniz qazını nəql edəcək. Gürcüstan və Türkiyəyə ilk qaz tədarükü 2018-ci ilin sonuna planlaşdırılır. Enerji Türkiyəyə AB ilə münasibətlərini gücləndirməyə və bu birliyə namizədliyini yüksəltməyə kömək edəcək. Buna baxmayaraq bu planların həyata keçirilməsi bir neçə il tələb edir.