XƏBƏR LENTİ

13 Dekabr 2019
12 Dekabr 2019

Digər Xəbərlər

30 Oktyabr 2017 - 09:44

İran Azərbaycana dollardan imtina etməyi təklif edib –İki ölkənin bir bankı necə yarana bilər?

İran Azərbaycana ikitərəfli ticarətdə hər iki ölkənin milli valyutasından istifadə etməyi təklif edir.

Bunu Trend-ə İranın iqtisadiyyat və maliyyə naziri Məsud Karbasian deyib.

Səfir bildirib ki, tərəflər Azərbaycan və İran arasında maliyyə münasibətlərinin sadələşdirilməsi məqsədilə müstəqil bankın yaradılması imkanlarını da müzakirə edirlər: "Bank sahəsində əməkdaşlığın genişləndirilməsi ölkələrimiz arasında iqtisadi və istehsal əlaqələrinin gələcək inkişafı üçün yoldur".

M.Karbasian Türkiyə və Rusiya ilə ticari əlaqələrdə milli valyutadan istifadənin müsbət nəticələrini vurğulayaraq, belə bir təcrübənin Azərbaycanla ticari əməkdaşlıqda tətbiq edilməsi imkanını qeyd edib.