XƏBƏR LENTİ

11 Dekabr 2019
10 Dekabr 2019

Digər Xəbərlər

31 Oktyabr 2017 - 23:12

Rusiya 3 türk şirkətinə pomidor idxalına icazə verdi –Açıqlama + SİYAHI

“Rosselxoznadzor” (Rusiyada kənd təsərrüfatı məhsullarının keyfiyyətinə nəzarət edən dövlət qurumu-red.) noyabrın 1-dən etibarən Türkiyənin 3 müəssisəsindən Rusiyaya pomidor idxalına icazə verib.

 APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə qurumun rəsmi saytında dərc olunan məlumatda bildirilir.

Məlumata görə, icazə Türkiyənin “Ozaltin”, “Agrobay” və SURAL şirkətlərinə verilib. “Rosselxoznadzor”un həmin müəssisələrdə müvafiq yoxlama keçirdiyi bildirilir.    

“İxracatçı müəssisə olduğu bildirilən bu şirkətlər istehsalat prosesinin bütün mərhələlərinə malikdirlər”, – deyə qurumun məlumatında bildirilir.      

Qeyd edək ki, Rusiya noyabrın 1-dən Türkiyədən ölkə ərazisinə pomidor idxalına icazə verib. İdxalın həcmi Rusiya Kənd Təsərrüfatı Nazirliyi tərəfindən müəyyən edilib.