XƏBƏR LENTİ

06 Dekabr 2020
05 Dekabr 2020

Digər Xəbərlər

01 Noyabr 2017 - 11:33

İndiyədək Azərbaycandan Gürcüstan və Türkiyəyə nə qədər qaz ixrac olunub?- Rəsmi

Azərbaycanın 2006-cı ildə istismara veriləndən "Şahdəniz" qaz yatağından bu günədək 86 milyard kubmetr qaz və 21,5 milyon ton kondensat hasil olunub.

Trend-in məlumatına görə, bunu SOCAR-ın birinci vitse-prezidentinin müşaviri Ələkbər Abbasov Bakıda keçirilən illik Xəzər texniki sərgi və konfransında deyib.

O bildirib ki, Azərbaycan bu günə qədər Cənubi Qafqaz boru kəməri ilə Gürcüstana 6,5 milyard, Türkiyəyə isə 48,5 milyard kubmetr qaz ixrac edib:

"Şahdəniz" layihəsinin işlənməsinin birinci mərhələsi çərçivəsində Gürcüstana gündəlik təqribən 2,2 milyon, Türkiyəyə isə 19 milyon kubmetr qaz tədarük olunur".