XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

02 Noyabr 2017 - 18:05

Prezident Azərbaycan və Polşa nazirlikəri arasında imzalanmış memorandumu təsdiqlədi –Fərman

Prezident İlham Əliyev Azərbaycan Energetika Nazirliyi ilə Polşa Energetika Nazirliyi arasında enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında fərman imzalayıb.

Strateq.az xəbər verir ki, fərmana əsasən, Energetika Nazirliyinə bu fərmanda göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra onun müddəalarının həyata keçirilməsini təmin etmək, Xarici İşlər Nazirliyinə Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Polşa hökumətinə bildiriş göndərmək tapşırılıb.

Qeyd edək ki, Anlaşma Memorandumu 2017-ci il iyunun 27-də Varşava şəhərində imzalanıb.