XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

02 Noyabr 2017 - 19:26

İdxalı ƏDV-dən azad edilən xammal və materialların siyahısı təsdiqləndi –Fərman + CƏDVƏL

Prezident İlham Əliyev “İdxalı əlavə dəyər vergisindən (ƏDV) azad edilən xammal və materialların siyahısı”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.

Fərmanda qeyd edilir ki, Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Dövlət Gömrük Komitəsinə fərmandan irəli gələn məsələləri həll etmək tapşırılır.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.